Qırğızıstan prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib - FOTO

Qırğızıstan prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib - <font color=red>FOTO</font>
# 30 aprel 2012 16:28 (UTC +04:00)
APA-nın Qırğızıstan prezidentinin saytına istinadən xəbərinə görə, dövlət başçısı Azərbaycan-Qırğızıstan Hökumətlərarası Komissiyasının ilk iclasında iştirak etmək üçün Bişkekə səfər edən nümayəndə heyətini salamlayaraq qeyd edib ki, Qırğızıstan rəhbərliyi Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verir.

Onun sözlərinə görə, Azərbaycana ilk rəsmi səfəri zamanı əldə olunmuş razılaşmaların reallaşdırılması üçün bir impuls lazım idi və Hökumətlərarası Komissiyasının ilk iclası bu istiqamətdə mühüm addımdır.

Öz növbəsində Y.Eyyubov Azərbaycan-Qırğızıstan Hökumətlərarası Komissiyasının ilk iclasının gedişi barədə A.Atambayevi məlumatlandırıb: “Prezident İlham Əliyev Azərbaycana rəsmi səfəriniz zamanı əldə olunmuş bütün razılaşmaların yerinə yetirilməsini bizim qarşımızda vəzifə kimi müəyyənləşdirib. İkitərəfli əlaqələrimizin böyük inkişaf potensialı vardır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR