CNN: Avropa Birliyi İrana neft sanksiyasından doğacaq yükü qaldıra bilməyəcək

CNN: Avropa Birliyi İrana neft sanksiyasından doğacaq yükü qaldıra bilməyəcək
# 01 may 2012 10:39 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “Avropa Birliyi (AB) İrana qarşı iyulun 1-dən tətbiq edəcəyi neft sanksiyasından doğacaq yükü qaldıra bilməyəcək”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə CNN telekanalı xəbər yayıb.

Məlumatda hazırda Avropa iqtisadiyyatının çətinliklərlə qarşılaşdığı və İrana tətbiq olunan sanksiyaların da rəsmi Tehrandan çox AB ölkələrinə mənfi istiqamətdə təsir göstərdiyi qeyd olunub.

Xəbərdə həmçinin AB-nin neftayırma zavodlarının İran neftini emal etmək üçün inşa olunduğu, bunu dəyişdirməyin milyonlarla dollar xərc tələb edəcəyi və bunun həmin ölkələri daha da çətin vəziyyətdə buraxacağı vurğulanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR