BAXCP sədri: “Azərbaycan Qərbdən birmənalı mövqe tələb etməlidir”

BAXCP sədri: “Azərbaycan Qərbdən birmənalı mövqe tələb etməlidir”
# 02 may 2012 16:26 (UTC +04:00)
Azərbaycan belə bir münasibət nümayiş etdirməkdə tamamilə haqlıdır”. Bunu APA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.

Qeyd edək ki, Prezident Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Bloomberq” agentliyinə bildirib ki, Azərbaycan, xüsusən, Dağlıq Qarabağ münaqişəsi məsələsində daha geniş dəstək almayacağı təqdirdə, qərbyönümlü mövqeyini yenidən nəzərdən keçirə və "yeni blok"a daxil ola bilər.

Q. Həsənquliyev bildirib ki, Azərbaycan hər zaman Qərblə yaxından əməkdaşlıq etdiyinə görə, qonşu Rusiya və İranın ciddi təzyiqi ilə üzləşib: “Bu dövlətlərin hər ikisi məhz Azərbaycana təzyiq olaraq, Ermənistana ciddi siyasi, iqtisadi və hərbi dəstək veriblər. Qonşu dövlətlərin Ermənistana yardım etməsi səbəbindən Azərbaycan torpaqları uzun illərdir ki, işğal altında qalır. Məsələ ondadır ki, Azərbaycanın yaxından əməkdaşlıq etdiyi Qərb də Dağlıq Qarabağ probleminə ikili standartlarla yanaşır”.

BAXCP sədri bildirib ki, Azərbaycan bu məsələ ilə bağlı Qərbdən prinsipial mövqe tələb etməlidir: “ Azərbaycanın Qərb qarşısında məsələni açıq qoyması lazımdır. Qərb torpaqlarımızın azad olunması üçün Azərbaycana ciddi dəstək verməli, Ermənistandan birmənalı şəkildə işğal etdiyi torpaqları azad etməsini tələb etməlidir. İndiki halda isə ortada ədalətsiz yanaşma mövcuddur. İndi ərazisi işğal olunanla işğalçıya eyni münasibət göstərilir. Ən pisi isə odur ki, hətta işğalçı dəstəklənir. Bu, beynəlxalq hüquqa, BMT Nizamnaməsinə ziddir”.

Q. Həsənquliyev deyib ki, Qərb Dağlıq Qarabağ məsələsində prinsipiallıq nümayiş etdirməyəcəyi təqdirdə Azərbaycan Avroasiya İttifaqına daxil olmaqla bağlı təklifləri dəyərləndirməlidir: “ Mən hələ iki il əvvəl belə təklif səsləndirmişdim ki, biz enerji və digər sahələrdə, həm də digər strateji məsələlərdə Dağlıq Qarabağ probleminin həllində ölkəmizə birmənalı dəstək vermək təklifini qəbul edən dövlətlə yaxından əməkdaşlıq etməlidir. Amma eyni zamanda biz ordu quruculuğu prosesini və hərbi qüdrətimizin artırılması ilə bağlı işləri də sürətlə davam etdirməliyik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR