Bu gün “Univision” mahnı müsabiqəsinin yarımfinal mərhələsi keçiriləcək - FOTO

Bu gün “Univision” mahnı müsabiqəsinin yarımfinal mərhələsi keçiriləcək - <font color=red>FOTO</font>
# 15 may 2012 08:53 (UTC +04:00)
Bakı – APA. Gənclər və İdman Nazirliyi (GİN) və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə olaraq Azərbaycanda ilk dəfə reallaşdırdıqları tələbələr arasında “Univision” mahnı müsabiqəsinin bu gün yarımfinal mərhələsi keçiriləcək.
GİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbir saat 19.00-da Heydər Əliyev adına Sarayda olacaq.

İki mərhələdə keçiriləcək yarışmanın finalına 24 universitetdən 10-u vəsiqə qazanacaq. Qalibləri müəyyən edən final mayın 17-də keçiriləcək.

1-ci yerin qalibinə “Univision” layihəsinin xüsusi kuboku və 3000 AZN təqdim ediləcək.

Bundan əlavə, qalib şəxs (ifaçı və ya qrup) ATGTİ-nin fəaliyyətinə cəlb ediləcək, təşkilatın müəyyən layihələrinin siması olacaq. Müsabiqənin devizi qalibiyyətin, ali təhsil ocağında birinciliyin işarəsi olaraq “Birinci ol” seçilib. Növbəti illərdə yarışmanın MDB məkanına çıxarılması nəzərdə tutulub. Bununla yanaşı, Avropa Universitetlərinin də “Univision” tələbə mahnı müsabiqəsinə qoşulması istiqamətində müəyyən işlər aparılır.

Qeyd edək ki, müsabiqəyə hazırlıq məqsədi ilə artıq bir neçə məşq keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR