Qobustanda alternativ enerji ilə bağlı tədbir keçirilib

Qobustanda alternativ enerji ilə bağlı tədbir keçirilib
# 15 may 2012 13:21 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın alternativ enerji və kənd təsərrüfatı sahəsində böyük istəyi, Avropanın isə bu sahədə geniş imkanları var. “APA-Economics”in məlumatına görə, bunu bu gün Qobustanda alternativ enerji ilə bağlı keçirilən görüşdə Avropa Birliyinin (AB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia deyib.

R.Kobia bildirib ki, AB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbərlər regionları gəzərək əməkdaşlıq imkanlarını araşdırır. R.Kobia gələcəkdə Qobustanda alternativ enerji ilə yanaşı, kənd təsərrüfatı sahəsində də əməkdaşlığın yarana biləcəyini qeyd edib.

Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov Qobustandakı alternativ və bərpa oluna bilən enerji üzrə poliqonun rayonun enerji təminatında böyük rol oynayacağını qeyd edib. O bildirib ki, Qobustan bu enerjidən istifadə edən ilk rayon olacaq.

Qeyd edək ki, görüşdə Çexiya, Almaniya, Rumıniya, Yunanıstan, Avstriya, İtaliya, Litva və Latviyanın Azərbaycandakı səfirləri də iştirak edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR