Azərbaycan ərazisində qeyri-sabit hava proqnozlaşdırılır

Azərbaycan ərazisində qeyri-sabit hava proqnozlaşdırılır
# 21 may 2012 10:32 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, gecə və səhər yarımadanın bəzi yerlərində
qısamüddətli az yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə zəif duman müşahidə ediləcək. Şimal küləyi günün ikinci yarısında arabir güclənəcək. Havanın temperaturu gecə 16-21, gündüz 26-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava gündüz əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 18-23 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, mayın 22-dən 24-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR