Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşıma 15%, yükdaşıma isə 10% artıb

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşıma 15%, yükdaşıma isə 10% artıb
# 23 may 2012 06:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda hava nəqliyyatı vasitəsilə sərnişindaşıma və yükdaşımanın həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin ilk dörd ayı ərzində hava nəqliyyatı ilə 418,6 min nəfər sərnişin və ya əvvəlki ilin analoji dövrü ilə müqayisədə 14,5% çox sərnişin daşınıb. Bu nəqliyyat növü ilə daşınmanın 98,5%-i dövlət bölməsinə, 1,5%-i isə özəl müəssisələrə məxsus hava gəmiləri ilə həyata keçirilib. Hesabat dövründə hava nəqliyyatında sərnişin dövriyyəsi 15,3% artıb.

Hava nəqliyyatı ilə yükdaşımasının həcmi yanvar-apreldə 9,7% artaraq 16,7 min ton təşkil edib. Yük dövriyyəsi 5,6% artıb.

Qeyd edək ki, hazırda Azərbaycanda 5 hava limanı fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR