Ermənistan paytaxtında Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının plenar sessiyası keçirilir

Ermənistan paytaxtında Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının plenar sessiyası keçirilir
# 23 may 2012 11:54 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Mayın 23-də Ermənistan paytaxtında Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 39-cu plenar sessiyasının açılışı keçirilib. APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, açılışda çıxış edən Ermənistan parlamentinin sədri Samvel Nikoyan bildirib ki, Qara dəniz regionunda iqtisadi əməkdaşlığın inkişafına yönəlmiş qanunvericilik çərçivəsində əməkdaşlıq bölgə xalqları arasında inam və qarşılıqlı anlayışın qurulmasına da xidmət etməlidir. Sonra Ermənistan prezidenti Serj Sarkisyanın məktubu oxunub.

Plenar sessiya müddətində parlamentarlar informasiya-kommunikasiya texnologiyaları və onların dayanıqlı iqtisadi inkişafda rolu məsələsini müzakirə edəcəklər. QDİƏT PA-nın ixtisaslaşmış komitələri tərəfindən hazırlanan hesabat və tövsiyələr üzrə müzakirə də aparılacaq.

İclasda Asəf Hacıyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti də iştirak edir. Toplantının yekununda təşkilata sədrlik növbəti 6 ay üçün Ermənistandan Azərbaycana keçəcək. Növbəti plenar iclas 20-22 noyabr tarixlərində Bakda keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR