Bakının bəzi ərazilərində su təminatında fasilələr olacaq

Bakının bəzi ərazilərində su təminatında fasilələr olacaq
# 25 may 2012 08:10 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. “Azərsu” ASC istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir.

ASC-dən «APA-Economics»ə verilən məlumata görə, abunəçilərin dayanıqlı və keyfiyyətli içməli su ilə təchiz edilməsi, həmçinin su itkilərinin qarşısını almaq məqsədilə Bakı şəhərinin Nərimanov rayonu ərazisində uzun müddət istismarda olan çuqun boru xəttinin 500 mm diametrli metal borularla dəyişdirilməsi ilə əlaqədar qoşulma işləri aparılır.

Bununla əlaqədar mayın 25-də gün ərzində paytaxtın Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə - Vaqif prospekti, S.Vurğun, Xan Şuşinski, M.Qaşqay, C.Hacıbəyli, F.X.Xoyski küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR