AMEA-da Mirzə Ələkbər Sabirin 150 illik yubileyinə həsr edilmiş konfrans keçirilib

AMEA-da Mirzə Ələkbər Sabirin 150 illik yubileyinə həsr edilmiş konfrans keçirilib
# 30 may 2012 12:02 (UTC +04:00)
Bakı. Etibar Məmmədov - APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda görkəmli Azərbaycan şairi Mirzə Ələkbər Sabirin 150 illik yubileyinə həsr edilmiş konfrans keçirilib. APA-nın məlumatına görə, tədbirdə Bakı Slavyan Universitetinin (BSU) rektoru Kamal Abdulla görkəmli şairin həyat və yaradıcılığından söz açıb. Kamal Abdulla Sabirin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olduğunu vurğulayıb. Ölkə prezidentinin sərəncamına əsasən, ədibin 150 illik yubileyinin keçirilməsi üçün hazırlıqlar getdiyini deyən rektor, bu sahədəki fəaliyyətdən də danışıb. Sonra akademiyanın müxbir üzvü, professor Teymur Kərimli Sabir yaradıcılığı ilə bağlı məruzə edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR