Azərbaycan və Latviya arasında kənd təsərrüfatı sahəsində anlaşma memorandumu imzalanıb - FOTO

Azərbaycan və Latviya arasında kənd təsərrüfatı sahəsində anlaşma memorandumu imzalanıb - <font color=red>FOTO</font>
# 07 iyun 2012 10:52 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Azərbaycan və Latviyanın Kənd Təsərrüfatı nazirlikləri arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

«APA-Economics»in məlumatına görə, sənədi Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov və Latviyanın kənd təsərrüfatı naziri xanım Strauyuma Laimdota imzalayıblar.

Memorandumda iki ölkə arasında kənd təsərrüfatı sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparmaq, həmçinin bu sahədə gələcək inkişaf istiqamətləri nəzərdə tutulub.

Tədbirdə ölkə iqtisadiyyatındakı, o cümlədən kənd təsərrüfatındakı uğurlu inkişafdan danışan İ.Abasov Azərbaycan iqtisadiyyatının Cənubi Qafqazda 80%-lik paya malik olduğunu bildirib: «Təkcə son bir il ərzində Azərbaycanda kənd təsərrüfatı istehsalında 5,4% artım olub». Azərbaycan əhalisinin 48%-nin kənd və rayonlarda yaşadığını deyən nazir təxminən əhalinin 38%-nin kənd təsərrüfatı ilə məşğul olduğunu qeyd edib.

Daha sonra nazir Azərbaycanla Latviya arasında kənd təsərrüfatı sahəsində imzalanmış sənədin hər iki ölkənin iqtisadiyyatının inkişafına müsbət təsir göstərəcəyini vurğulayıb. O bildirib ki, anlaşma memorandumundan sonra yaxın vaxtlarda Latviya ilə Azərbaycan arasında daha bir neçə sənədin imzalanması gözlənilir.

Sonda nazirlər arasında tərəfləri maraqlandıran məsələlər ətrafında müzakirələr aparıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR