İranda yeni qaz elektrik stansiyası istifadəyə verilib

İranda yeni qaz elektrik stansiyası istifadəyə verilib
# 11 iyun 2012 21:56 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İranın Kirmanşah vilayətində bu gün 648 meqavatlıq “Zaqros” adlı yeni qaz elektrik stansiyası istifadəyə verilib. APA-nın məlumatına görə, stansiyanın açılış mərasimində İran prezidenti Mahmud Əhmədinejad da iştirak edib. Kirmanşah-Həmədan şose yolunun 20 kilometrliyində inşa edilən “Zaqros”da istehsal edilən elektrik enerjisi ölkə üzrə ümumi elektrik şəbəkəsinə ötürülür. Yeni elektrik stansiyasının istifadə verilməsi ilə Kirmanşah vilayətinin elektrik istehsalı gücü 640-dan 1288 meqavata çatıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR