Bakıda «IDC IT Security and Datacenters Transformation Roadshow 2012» beynəlxalq konfrans başlayıb

Bakıda «IDC IT Security and Datacenters Transformation Roadshow 2012» beynəlxalq konfrans başlayıb
# 14 iyun 2012 06:36 (UTC +04:00)
«APA-ECONOMICS»in məlumatına görə, konfransın strateji partnyoru Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyidir. Tədbir 2003-cü ildən etibarən Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika ölkələrində keçirilən və «IDC IT Security and Datacenters Transformation Roadshow» adlanan konfranslar silsiləsinə daxildir. Əsas məqsəd problemlərin həlli üçün müasir metodların müəyyən olunması, müəssisələrin IT infrastrukturlarının effektivliyinin yüksəldilməsi, müasir bazar şəraitində IT təhlükəsizliyinin təmin olunması və iş proseslərinin fasiləsizliyinin təmin olunmasıdır.

Bakıda keçirilən konfransda 100-dən artıq yerli İT şirkətlərinin rəhbərləri və IT mütəxəssisləri iştirak edir. Konfrans çərçivəsində EMC, «Vision Solutions», HP, «APC by Schneider Electric» kimi tədarükçü şirkətlər İT bazarında yeni tendensiyalar və müasir tələblərə cavab verən informasiya sistemləri təqdim edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, IDC – İT mütəxəssislərinə, rəhbərlərə və investorlara texnikanın alınmasına və biznes-strategiyasının seçilməsinə dair əsaslandırılmış qərarları qəbul etməyə kömək edir. IDC-nin 1 000-dən artıq analitiki 110 ölkədə dünya, regional və yerli səviyyədə bu sahəyə məxsus olan texnologiyaları, tendensiyaları və imkanları öyrənirlər. IDC IT sahəsində nəşr, tətqiqat və xüsusi tədbirlərin keçirilməsi üzrə dünya bazarının lideri olan IDG şirkətinin filialıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR