Ekoloji qanunvericiliyin tələblərini pozanlara qarşı 253750 manat məbləğində cərimə tətbiq olunub

Ekoloji qanunvericiliyin tələblərini pozanlara qarşı 253750 manat məbləğində cərimə tətbiq olunub
# 20 iyun 2012 11:19 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən iyunun 1-dən 15-dək ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın APA-ya verdiyi məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 119 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 47 müddətli məcburi göstəriş verilib. Ümumilikdə, 46 iş üzrə 253750 manat məbləğində cərimə tətbiq olunub, ətraf mühitə dəymiş ziyana görə 25 iş üzrə 16332.9 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 186 iş üzrə 117825.94 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 9, məhkəməyə 1, icra qurumlarına isə 36 iş göndərilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR