Ermənilər Azərbaycan Ordusunun mövqelərini bir neçə istiqamətdə atəşə tutublar

Ermənilər Azərbaycan Ordusunun mövqelərini bir neçə istiqamətdə atəşə tutublar
# 25 iyun 2012 06:40 (UTC +04:00)
Bakı – APA. Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyenberyan rayonunun Barekamavan, işğal olunmuş Ağdam rayonunun Baş Qərvənd, Yusifcanlı, Şıxlar, Cəvahirli, Cəbrayıl rayonunun Mehdili, Tərtər rayonunun Göyarx kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR