Yunanıstanın yeni maliyyə nazirinin adı açıqlanıb

Yunanıstanın yeni maliyyə nazirinin adı açıqlanıb
# 27 iyun 2012 07:33 (UTC +04:00)
Bakı – APA-Economics. Yunanıstanda maliyyə naziri vəzifəsinə məşhur və nüfuzlu iqtisadçı Yanis Stornaras təyin olunub.

APA-Economics”in Yunanıstan KİV-nə istinadən xəbərinə görə, 55 yaşlı Y.Stornaras vaxtilə ölkənin avrozonaya qoşulmasına dair danışıqlar aparan nümayəndə heyətinin üzvü olub.

Qeyd edək ki, Yunanıstanın əvvəlki maliyyə naziri Vasilis Raponis cəmi bir neçə gün bu vəzifədə çalışa bilib və hətta and içməyə də imkanı olmayıb. İyunun 22-də qarın nahiyəsində kəskin ağrılar və başgicəllənmə ilə xəstəxanaya yerləşdirilən 64 yaşlı V.Raponis oradan baş nazir Antonio Samarasa müraciət edərək, istefasının qəbul edilməsini xahiş edib.

Xatırladaq ki, iyunun 17-də Yunanıstanda yeni parlament seçkiləri keçirilib. Seçkilərdə qalib gələn “Yeni demokratiya” partiyasının lideri Antonio Samaras PASOK və DİMAR partiyalarının dəstəyi ilə yeni hökumət formalaşdırıb. O, iyunun 20-də baş nazir kimi and içərək səlahiyyətlərinin icrasına başlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR