Azərbaycan-Koreya və Azərbaycan-Kolumbiya parlamentlərarası işçi qruplarına rəhbər təyin olunub

Azərbaycan-Koreya və Azərbaycan-Kolumbiya parlamentlərarası işçi qruplarına rəhbər təyin olunub
# 29 iyun 2012 09:33 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Milli Məclisin “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” qərarına dəyişiklik və əlavə edilib. APA-nın məlumatına görə, dəyişiklik Azərbaycan-Koreya parlamentlərarası işçi qrupunun tərkibində olub. Həmçinin Azərbaycan-Kolumbiya parlamentlərarası işçi qrupuna rəhbər təyin olunub.

Qərara əsasən, deputat Malik Həsənov Azərbaycan-Koreya parlamentlərarası işçi qrupunun rəhbəri, bu qrupun əvvəlki rəhbəri Xanlar Fətiyev isə yeni yaradılmış Azərbaycan-Kolumbiya parlamentlərarası işçi qrupunun rəhbəri təyin edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR