Luis van Qal yenidən Hollandiya yığmasının baş məşqçisi təyin olunub

Luis van Qal yenidən Hollandiya yığmasının baş məşqçisi təyin olunub
# 07 iyul 2012 11:06 (UTC +04:00)
Apasport.az saytının məlumatına görə, bu ölkənin futbol federasiyası həmin vəzifəyə Lui van Qalı təyin etdiyini açıqlayıb. 60 yaşlı hollandiyalı mütəxəssis həmyerlisi, Avropa çempionatında uğursuz çıxışdan sonra istefa verən Bert van Marveyki əvəzləyib. Yeni çalışdırıcının köməkçisi “Ayaks”ın sabiq texniki direktoru Danni Blind olacaq.

Qeyd edək ki, bu, van Qalın yığmanın baş məşqçi postuna qayıdışıdır. Belə ki, o, 2000-2002-ci illərdə millisini çalışdırıb. “Ayaks”, “Alkmaar”, “Barselona” komandalarını çalışdırmış mütəxəssisin son iş yeri “Bavariya” olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR