Azərbaycanda əksər çaylarda suyun səviyyəsi artıb

Azərbaycanda əksər çaylarda suyun səviyyəsi artıb
# 09 iyul 2012 10:37 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Azərbaycan ərazisində yağan yağışlarla əlaqədar olaraq əksər çaylarda suyun səviyyəsi artıb. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib. O bildirib ki, Gəncəçayda suyun səviyyəsi 1, Kürəkçayda 2, Qusarçayda 1, Qudyalçayda 8, Vəlvələçayda 1, Naxçıvan MR ərazisindən axan Naxçıvançayda isə 8 santimetr artıb.

A. Verdiyev deyib ki, yağan intensiv yağışlarla əlaqədar olaraq Qəbələ, İsmayıllı və Ağsu rayonlarının çaylarında da artım qeydə alınıb, Türyançaydan qısamüddətli daşqın keçib. Baş hidroloq onu da əlavə edib ki, ölkə ərazisində gecə və axşam saatlarında yağışların yağacağı proqnozlaşdırılır və bununla əlaqədar olaraq bəzi çaylardan qısamüddətli daşqın və sellər də keçə bilər.

A. Verdiyev qeyd edib ki, Kür çayında suyun səviyyəsində azalma müşahidə edilib, Qanıq çayında isə suyun səviyyəsi 5 santimetr yüksəlib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR