Azərbaycan prezidenti Qaradağ metal konstruksiyalar zavodunun açılışında iştirak edib - FOTOSESSİYA

Azərbaycan prezidenti Qaradağ metal konstruksiyalar zavodunun açılışında iştirak edib - <font color=red>FOTOSESSİYA</font>
# 10 iyul 2012 11:33 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycan prezidenti İlham Əliyev Qaradağ metal konstruksiyalar zavodunun açılışında iştirak edib.

APA-Economics”in xəbərinə görə, dövlət başçısına məlumat verilib ki, sahəsi 8 600 kv. metr olan zavod Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq Qaradağ rayonunun Sahil qəsəbəsində 4,5 hektar ərazidə inşa edilib.

Tikintisinə 2011-ci ilin iyulunda başlanılmış zavod Avropanın “Kaltenbach GmbH”, “Zimfer”, “Vinter”, “Voortman”, “Facin” və “Durma” şirkətlərinin müasir texnologiyası əsasında qurulub. Bildirilib ki, il ərzində 24 min ton metal konstruksiyalar istehsal edəcək zavodda 120 nəfər işlə təmin olunub. Zavodda məhsulların çeşidinin və həcminin gələcəkdə artırılması məqsədi ilə əlavə istehsal korpuslarının inşası nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR