Azərbaycanda bir gecədə baş verən yol qəzalarında 7 nəfər ölüb, 19 nəfər xəsarət alıb

Azərbaycanda bir gecədə baş verən yol qəzalarında 7 nəfər ölüb, 19 nəfər xəsarət alıb
# 11 iyul 2012 06:20 (UTC +04:00)
Bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Məlumata görə, ötən gecə respublikanın avtomobil yollarında 12 yol nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 7 nəfər ölüb, 19 nəfər xəsarət alıb.

Qəzalardan ən ağırı Gəncə və Astarada baş verib. Həmin qəzalarda 4 nəfər ölüb.

Yol qəzalarının böyük əksəriyyəti sürət həddinin aşılması nəticəsində meydana gəlib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR