«Azərikimya» Qubada səmtləşmə idman növü üzrə yarış keçirib - FOTOSESSİYA
17 iyul 2012 14:24 (UTC +04:00)
Bakı - APA-Economics. 2012-ci ilin «İdman ili» elan edilməsindən ötən dövr ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azərikimya» İstehsalat Birliyinin (İB) təşəbbüsü ilə idmanın bir neçə növü üzrə birlik və Sumqayıt müəssisələri arasında təşkil edilmiş çoxsaylı yarışların siyahısına daha bir maraqlı yarış əlavə olunub.
İB-dən “APA-Economics”ə verilən məlumata görə, iyulun 14-15-də Quba rayonunun Amsar kəndi ərazisində “Sumqayıt” Peşəkar Futbol Klubunun, mətbuat nümayəndələri komandalarının və s. qatıldığı, Birliyin müəssisə və idarələrinin komandaları ilə birlikdə 10 komandanın iştirakı ilə keçirilən, maraqlı idman növü olan səmtləşmə üzrə yarışlara yekun vurulub.
Mövcud qaydalara uyğun şəkildə təşkil edilmiş yarışlarda 5 nəfərlik heyətlə çıxış edən komandalar iki gün ərzində 3 kilometrlik məsafəni qaçmaqla qət etmək, kəndir üzərində hərəkət, iplə tullanmaq, daşlar üzərində yerimək, kompasla səmtləri müəyyən etməklə hədəfi tapmaq və s. növlər üzrə güclərini sınayıblar.
«Azərikimya» İB-in Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayevin və müəssisə rəhbərlərinin də iştirak etdiyi, maraqlı və gərgin mübarizə şəraitində keçən, səmtləşmə idman növünün kimyaçılar arasında kütləviləşməsinə, onların asudə vaxtının səmərəli təşkilinə və sağlamlıqlarının möhkəmləndirilməsinə xidmət edən yarışlarda daha çox əzmkarlıq nümayiş etdirən “Sumqayıt” Peşəkar Futbol Klubunun, İB-in idarə aparatının və “Üzvi sintez” zavodunun komandaları müvafiq olaraq I, II və III yerləri tutublar. Qalib komandalar pul mükafatı və fəxri fərmanlarla təltif olunublar.

Sənaye və energetika
Mərkəzi Bank: Bank sektorunun valyuta mövqeyi prudensial tələblər çərçivəsindədir
12:34
18 may 2024
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşıb
10:41
18 may 2024
Dünya bazarlarında neftin qiyməti 84 dollara yaxınlaşıb
09:29
18 may 2024
“Romgaz” şirkəti Moldovaya qaz tədarükü üçün lisenziya almaq niyyətindədir
17:29
17 may 2024