Novruz Əzimov “Bakı” klubunun baş məşqçi postundan uzaqlaşdırılıb

Novruz Əzimov “Bakı” klubunun baş məşqçi postundan uzaqlaşdırılıb
# 19 iyul 2012 09:43 (UTC +04:00)
Bakı-APA. Avropa Liqasındakı uğursuzluq “Bakı” klubunun baş məşqçisi postunda dəyişikliyə səbəb olub. Apasport.az saytının məlumatına görə, klubdaxili iclasdan sonra prezident Hafiz Məmmədovun qərarı ilə Novruz Əzimov bu vəzifədən kənarlaşdırılıb.

Onun yerini çernoqoriyalı mütəxəssis Bojidar Bandoviç tutacaq. Mövsüm bitəndən sonra “Bakı”ya cəlb olunan “Olimpiakos”un sabiq çalışdırıcısı idman-direktoru postunu tuturdu və indi Əzimov bu vəzifəni daşıyacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR