Bakının mərkəzində 4 yaşlı uşağı gürzə ilanı vurub

Bakının mərkəzində 4 yaşlı uşağı gürzə ilanı vurub
# 23 iyul 2012 11:05 (UTC +04:00)
Bu barədə APA-ya Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidova bildirib. Onun sözlərinə görə, hadisə paytaxtın Yasamal rayonundakı fərdi yaşayış evinin həyətində baş verib. “Yasamal bazarının arxasındakı həyət evlərinin birinin sakini olan Əfsanə Seyidovanı gürzə ilanı sancıb. Bununla bağlı təcili yardıma müraciət daxil olub və azyaşlı xəstəxanaya yerləşdirilib. Ona lazım olan bütün tibbi yardımlar göstərilib”.

Z. Vahidova onu da qeyd edib ki, bu il Bakıda ilan cancması ilə bağlı təcili yardıma müraciət edənlərin sayı 30-a çatıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR