Bakıda Nelson Mandela Beynəlxalq Günü qeyd olunub

Bakıda Nelson Mandela Beynəlxalq Günü qeyd olunub
# 24 iyul 2012 12:39 (UTC +04:00)
Bakı – APA. Nelson Mandela Beynəlxalq Günü Azərbaycanda hər il BMT-nin İctimai İnformasiya Departamentinin ölkə nümayəndəliyi tərəfindən qeyd edilir. Bu il BMT-nin müvafiq departamenti Bakı Dillər Universiteti və Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ilə tərəfdaşlıq əsasında bu tədbiri təşkil edib. BAMF-dən APA-ya verilən məlumata görə, toplantıda 30-a yaxın iştirakçı olub və onların əksəriyyətini 14-18 yaş arasında olan yeniyetmə və gənclər təşkil edib.

BMT-nin İctimai İnformasiya Departamentinin ictimai informasiya məmuru Vəfa Səfərli çıxışında toplantının məqsədi və BMT-nin Nelson Mandelanın sülhü dəstəkləməsini ayrıca bir xatirə günü kimi qeyd etməsinin səbəbləri barədə danışıb. Afrika soylu olan Nik Nvolisa isə çıxışında Nelson Mandelanın bir çoxları üçün model və ilham mənbəyi olmasının vacibliyini vurğulayıb: “O yalnız şərəfli oğlu olduğu Afrikada xatırlanmır, bütün dünyada insanlar onu yada salır, yaxşı rəhbərlər özlərini onunla əlaqələndirməyə can atır və o, liderlərin lideri kimi görünür”.

Tədbir çərçivəsində iştirakçılara “Nelson Mandela: həyatının xronologiyası” adlı təqdimat keçirilib və onun haqqında çəkilmiş “INVICTUS” sənədli filmi nümayiş etdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR