Bakıda 36 yaşlı kişi iş yerində intihar edib

Bakıda 36 yaşlı kişi iş yerində intihar edib
# 27 iyul 2012 07:41 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda daha bir nəfər intihar edib. Bu barədə APA-ya Nəsimi rayon Prokurorluğundan məlumat verilib.

Hadisə ötən gecə 2-ci Alatavada yerləşən sexdə baş verib. Orada işləyən Ağsu rayon sakini, 1976-cı il təvəllüdlü Zaur Yaşar oğlu Dadaşov iş yerində özünü asıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR