“Facebook”un səhmlərinin qiyməti 20 dollardan aşağı düşüb

“Facebook”un səhmlərinin qiyməti 20 dollardan aşağı düşüb
# 04 avqust 2012 11:00 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, ticarət zamanı «Facebook»un səhmləri 19,82 dollaradək ucuzlaşıb. Bu isə yerləşdirmə zamanı qeydə alınan qiymətdən 48% aşağıdır. Ticarətin sonuna sosial şəbəkənin səhmləri 20,04 dollaradək yüksəlib.

«Facebook» sosial şəbəkəsinin səhmləri 2012-ci ilin may ayında birjaya çıxarılıb. Səhmlərin ilkin yerləşdirilməsinin qiyməti 38 dollar təşkil edib. Ticarətin ilk günündə səhmlərin qiymətinin artmasına baxmayaraq, daha sonra qiymət durmadan aşağı düşməyə başlayıb.

İyulun sonunda «Facebook» 2012-ci ilin II rübünün yekunlarına dair maliyyə hesabatını dərc edib. Həmin hesabata əsasən, ikinci rübdə sosial şəbəkənin mənfəətinin artım tempi xeyli azalıb. Əgər 2012-ci ilin ilk rübündə mənfəətin artımı 44% təşkil edirdisə, II rübdə artım cəmi 32% olub.

Bundan başqa, «Facebook» hesabat rübündə xalis zərərin 157 mln. dollar təşkil etdiyini açıqlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR