Suriyanın baş nazirinin müxalifətin tərəfinə keçmək niyyətində olduğu bildirilib

Suriyanın baş nazirinin müxalifətin tərəfinə keçmək niyyətində olduğu bildirilib
# 06 avqust 2012 17:15 (UTC +04:00)
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, bir qədər əvvəl Suriya televiziyası baş nazirin istefaya göndərilməsi və onun yerinə müavini Ömər Qalavacinin təyin olması barədə xəbər verib.

Riyad Hicabın nümayəndəsi bildirib ki, sabiq baş nazir təhlükəsiz yerdədir və müxalifətin tərəfinə keçmək niyyətindədir.

Baş nazirin istefasının səbəbləri açıqlanmayıb.

Bu arada İordaniya informasiya agentlikləri xəbər veriblər ki, Riyad Hicab öz ailəsi ilə İordaniyadadır.

Riyad Hicab baş nazir vəzifəsinə bu ilin iyin ayında təyin olunub.
Bu vaxta qədər o kənd təsərrüfatı naziri vəzifəsində çalışıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR