Fətulla Hüseynovun oğlu yol qəzasında dünyasını dəyişib
09 avqust 2012 07:50 (UTC +04:00)
Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə qeydə alınıb. Yüksək sürətlə idarə olunan, 1964-cü il təvəllüdlü Hüseynov Tahir Fətulla oğluna məxsus “Toyota” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə avtomobilin sürücüsü T. Hüseynov aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. Avtomobildə olan daha bir sərnişin xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, qəza nəticəsində dünyasını dəyişən şəxs “Qara polkovnik” kimi tanınmış Fətulla Hüseynovun oğludur.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, qəza nəticəsində dünyasını dəyişən şəxs “Qara polkovnik” kimi tanınmış Fətulla Hüseynovun oğludur.
Faktla bağlı araşdırma aparılır.
Hadisə
Bakıda gənc qızı avtomobil vurub
02:22
3 may 2024
Bakıda avtomobil qadını vuraraq ağır vəziyyətə salıb
01:17
3 may 2024
Gəncədə məktəbli bıçaqlanıb - YENİLƏNİB
20:22
2 may 2024
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
19:25
2 may 2024