Ermənistanda boşanmaların sayı artmaqdadır

Ermənistanda boşanmaların sayı artmaqdadır
# 09 avqust 2012 15:16 (UTC +04:00)
Bakı-APA. Ermənistanda ailə institutu böhran vəziyyətindədir. APA-nın məlumatına görə, Ermənistan Milli Statistika Xidməti bu ilin ilk 6 ayı ərzində nikahların sayının 1,6 faiz azaldığını, boşanmaların sayının isə 0,4 faiz artdığını açıqlayıb.

2012-ci ilin yanvar-iyun aylarında hər min nikaha düşən boşanmaların sayı 173 fakt təşkil edib. Ötən il bu rəqəm 168 fakt təşkil edirdi.

Bu ilin əvvəllərində Ermənistanda əhalinin 69,5 faizini əmək qabiliyyətli insanlar (16-62 yaş) təşkil edir. Ölkə üzrə hər min nəfərdən 439 nəfəri qocalar və həddi-buluğa çatmamış uşaqlardır.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR