Texas universiteti yaxınlığında baş verən atışmada 3 nəfər öldürülüb

Texas universiteti yaxınlığında baş verən atışmada 3 nəfər öldürülüb
# 13 avqust 2012 22:56 (UTC +04:00)
Bakı-APA. Texasdakı «A&M University» universitetinin yaxınlığındakı atışma 3 nəfərin həlak olması ilə nəticələnib. Bu barədə yerli telekanallar məlumat yayıblar.

Polisin məlumatına görə, atəşi naməlum kişi açıb. Nəticədə bir polis və bir nəfər mülki şəxs həlak olublar. Daha bir qadın və polis nəfəri isə yaralanıblar.

Atəş açan şəxs ağır yaralı olaraq saxlanılıb. Bir müddət sonra o vəfat edib. Atışmanın səbəbləri açıqlanmır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR