Azərbaycanda fəlsəfə doktoru proqramı üzrə doktoranturaya sənəd qəbulu elan edilib

Azərbaycanda fəlsəfə doktoru proqramı üzrə doktoranturaya sənəd qəbulu elan edilib
# 28 avqust 2012 12:02 (UTC +04:00)
Bu barədə APA-ya AMEA-nın I vitse-prezidenti Arif Həşimov bildirib. Onun sözlərinə görə, sənəd qəbulu ilə bağlı sərəncam AMEA Rəyasət Heyəti tərəfindən bu gün verilib və avqustun 30-da “Elm” qəzetində dərc olunacaq.

A. Həşimov bildirib ki, Azərbaycan Nazirlər Kabinetinin (NK) qərarına uyğun olaraq fəlsəfə doktoru proqramı üzrə AMEA-ya 288, digər elmi təşkilatlara 189 plan yeri verilib: “Hələlik elmlər doktoru proqramı üzrə qəbul elanı verilməyib. Bəzi məsələlər həll olunmayana qədər elmlər doktoru proqramı üzrə qəbul elan edilməyəcək. O barədə əlavə məlumat veriləcək”.

AMEA sistemi üzrə doktoranturaya sənəd qəbulu sentyabrın 1-dən başlayacaq və bir ay ərzində aparılacaq. Doktoranturaya qəbul imtahanlarının isə oktyabr ayında keçirilməsi nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR