Ermənilər atəşi dayandırmırlar

Ermənilər atəşi dayandırmırlar
# 30 avqust 2012 06:48 (UTC +04:00)
Bakı – APA. Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şuraabad, Mərzili, Cəvahirli, Tərtər rayonunun Yarımca, Göyarx, Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR