Azərbaycan idmançılarının Londonda qazandığı medalların sayı 5-ə çatıb - FOTO

Azərbaycan idmançılarının Londonda qazandığı medalların sayı 5-ə çatıb -<font color=red> FOTO</font>
# 04 sentyabr 2012 07:40 (UTC +04:00)
Bakı – APA. Azərbaycan XIV London Yay Paralimpiya Oyunlarında daha bir medal qazanıb. Apasport.az saytının məlumatına görə, yığmamızın üzgüçüsü Natali Pronina 200 m məsafəyə kompleks növündə finiş xəttinə ikinci çatıb.

Gümüş medala sahib olan 25 yaşlı idmançımız bu məsafəni 2:28.45-ə qət edib. Onu çempion Oksana Savçenkodan (Rusiya) 0,45 saniyə geri qalıb. Üçüncü yeri rusiyalı Darya Stukalova (2:28:73) tutub.

Bununla da Paralimpiadada yığmamızın qazandığı medalların sayı 5-ə çatıb. Proninadan öncə cüdoçularımız Ramin İbrahimovla (60 kq) Afaq Sultanova qızıl, İlham Zəkiyevlə (+100 kq), atletimiz Hüseyn Həsənov bürünc medala sahib olmuşdu.

Paralimpiya Oyunları sentyabrın 9-dək davam edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR