FHN aramsız yağışların respublikada törətdiyi fəsadlarla bağlı məlumat yayıb

FHN aramsız yağışların respublikada törətdiyi fəsadlarla bağlı məlumat yayıb
# 12 sentyabr 2012 08:16 (UTC +04:00)
APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Aran Regional Mərkəzinin inzibati ərazisində hava şəraitinin yağışlı keçməsi ilə əlaqədar Yevlax rayonunun Yenicə kəndində bir neçə fərdi yaşayış evinin həyətyanı sahəsinə yağış suyu dolması müşahidə olunub. Yağış sularının çəkilməsi məqsədilə FHN-in müvafiq qüvvə və texnikası həmin ərazilərə cəlb olunub, gün ərzində suçəkmə işləri aparılıb.

Bundan başqa, Lənkəran rayonunun Əşlə kəndində yağan leysan xarakterli yağışlar səbəbindən Lənkəran çayının daşması nəticəsində çayı keçmək istəyən 1 nəfər köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş FHN-in müvafiq xilasetmə qüvvələri həmin şəxsi xilas edib və aidiyyatı üzrə təhvil veriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR