Azərbaycan paytaxtının əsas prospektlərindən biri tam istifadəyə verilib

Azərbaycan paytaxtının əsas prospektlərindən biri tam istifadəyə verilib
# 15 sentyabr 2012 06:30 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə açıqlamasında «Azəryolservis» ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, bir müddət qabaq Neftçilər prospektinin Azadlıq prospekti ilə kəsişməsindən «Dalğa Plaza»ya qədər hissəsi istifadəyə verilib: «Dəniz Vağzalından Yusif Səfərov küçəsinədək olan hissədə də asfalt-beton işləri baş çatdırılıb. Həmin hissədə işlər yekunlaşaraq, prospekt bu gündən tam olaraq sürücülərin istifadəsinə verilib»,- deyə P.Mürsəliyev qeyd edib.

Qeyd edək ki, Neftçilər prospektində əsaslı təmir işlərinə bu ilin iyul ayından başlanılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR