Azərbaycan paytaxtında heyvan kəsim məntəqələrində reyd keçirilib

Azərbaycan paytaxtında heyvan kəsim məntəqələrində reyd keçirilib
# 18 sentyabr 2012 13:57 (UTC +04:00)
Bakı - APA-Economics. Sentyabrın 18-də Kənd Təsərrüfatı Nazirliyi Bakı şəhərində fəaliyyət göstərən bir neçə heyvan kəsim məntəqələrində və bazarlarda, o cümlədən Təzə bazar, Keşlə bazarı, Dərnəgül topdansatış ət məntəqəsi və digər ərazilərdə qanunvericiliyə uyğun olaraq reyd keçirib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, reydin keçirilməsində məqsəd havaların isti keçməsi ilə əlaqədar əhalinin keyfiyyətli və təhlükəsiz ərzaq məhsulları ilə təmin edilməsi, eyni zamanda heyvanlardan insanlara keçə biləcək xəstəliklərin qarşısının alınmasıdır.

Səhər saatlarında başlanan tədbir zamanı adları çəkilən obyektlərdə baytarlıq-sanitariya qaydalarının pozulmadığı, müxtəlif rayonlardan heyvan və heyvan mənşəli məhsulların baytarlıq sənədləri əsasında gətirildiyi, eləcə də əhaliyə satılan heyvan ətinin baytarlıq-sanitariya ekspertiza laboratoriyalarının müayinəsindən keçirildiyi aşkar olunub.

«Onu da qeyd edək ki, reyd zamanı rast gəlinən xırda nöqsanların aradan qaldırılması baytarlıq mütəxəssislərindən tələb edilib və lazımi tövsiyələr verilib. Belə reydlərin davam etdirilməsi nəzərdə tutulur», - deyə məlumatda bildirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR