Azərbaycanın qızıl ehtiyatları 38 mln. dollara çatıb

Azərbaycanın qızıl ehtiyatları 38 mln. dollara çatıb
# 19 sentyabr 2012 14:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın Gədəbəy qızıl filiz yatağında hasil edilmiş əmtəəlik qızıl İsveçrənin Cenevrə şəhərində saflaşdırıldıqdan sonra Azərbaycan hökumətinin mənfəət payı olan 4 900 troya unsiyası (152,4 kq) miqdarında növbəti partiya qızıl külçələri sentyabrın 19-da Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilib və Azərbaycan Mərkəzi Bankında yerləşdirilib.

Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, bundan əvvəl həmin yataqdan hasil edilmiş Azərbaycan hökumətinin mənfəət payı olan 16 512,9 troya unsiyası (513,6 kq) miqdarında 999,9 əyarlı qızıl külçələr qəbul edilərək Mərkəzi Bankda saxlanca verilib.

Ümumilikdə, bugünkü tarixə Mərkəzi Bankda saxlancda olan Azərbaycan hökumətinə məxsus qızılın miqdarı 21 413,4 troya unsiyasına (666 kq) çatdırılıb. Onun bu günə bazar dəyəri 37,9 mln. ABŞ dolları təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR