Türkiyənin görkəmli ozanı Neşet Ertaş vəfat edib

Türkiyənin görkəmli ozanı Neşet Ertaş vəfat edib
# 25 sentyabr 2012 09:06 (UTC +04:00)
UNESCO-nun “yaşayan insan xəzinəsi” adı verdiyi ozan bu səhər xəstəxanada dünyasını dəyişib

Bakı-APA. Türkiyənin görkəmli sənətçilərindən ozan Neşet Ertaş vəfat edib. APA-nın məlumatına görə, 1938-ci ildə Kırşehirdə anadan olmuş Neşet Ertaş türk xalq musiqisinin ən böyük bilicilərindən sayılır. Minə yaxın türkünü nota yazmış və bəstələmiş Neşet Ertaşın 22 albomu işıq üzü görüb. Dövlət sənətçisi fəxri adı almış ozana digər bir fəxri ad UNESCO tərəfindən verilib. UNESCO ozan Neşet Ertaşa “Yaşayan insan xəzinəsi” adı verib. İki gün əvvəl səhhəti qəfil pisləşən “Türkü baba” ləqəbli ozan İzmirdə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb və Neşet Ertaş bu səhər xəstəxanada vəfat edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR