Bakıda Böyük Britaniya kraliçası II Yelizavetanın doğum günü qeyd olunub - FOTO

Bakıda Böyük Britaniya kraliçası II Yelizavetanın doğum günü qeyd olunub - <font color=red>FOTO</font>
# 27 sentyabr 2012 08:35 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova – APA. Bakıda Böyük Britaniya kraliçası II Yelizavetanın doğum günü münasibətilə qəbul keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov prezident İlham Əliyevin təbriklərini çatdırıb.

Nazir bu il II Yelizavetanın taxta çıxmasının 60 illik yubileyinin qeyd olunduğunu xatırladıb: “Biz bu münasibətlə də kraliçanı təbrik edirik”. Azərbaycan iqtisadiyyatının inkişafında Böyük Britaniyanın xüsusi rolunun olduğunu vurğulayan Ə.Abbasov iki ölkənin müxtəlif, o cümlədən humanitar və siyasi sahələrdə əməkdaşlıq etdiyini nəzərə çatdırıb: “Böyük Britaniya universitetlərində çoxlu sayda azərbaycanlı gənc təhsil alır. Əlaqələrimizin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlər, parlamentlərarası dostluq qruplarının əməkdaşlığı da mühüm rol oynayır”.

Öz növbəsində Böyük Britaniyanın Azərbaycandakı səfiri Piter Beytman ikitərəfli münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini vurğulayaraq, Azərbaycanı ölkəsinin mühüm tərəfdaşlarından biri adlandırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR