Azərbaycan gələn ildən regionlarda genişzolaqlı internetin inkişafına dair layihənin icrasına başlayır

Azərbaycan gələn ildən regionlarda genişzolaqlı internetin inkişafına dair layihənin icrasına başlayır
# 04 oktyabr 2012 08:41 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə açıqlamasında rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.

Onun sözlərinə görə, hazırda ölkə əhalisinin 65%-i internet istifadəçisidir ki, bunun da 30%-i genişzolaqlı internetdən istifadə edir. Genişzolaqlı internet istifadəçilərinin təxminən yarısı isə regionların payına düşür. Kəndlərin 35%-nə artıq fiberoptik kabellər çəkilib.

«Gələn ildən etibarən biz regionlarda, əsasən də ucqar kənd yerlərində genişzolaqlı internetin inkişafına dair layihənin icrasına başlayacağıq. Ümumiyyətlə, regionlarda genişzolaqlı internetin inkişafı üçün bütün şərait var - regionlarda artıq 10-dan çox internet-provayder şirkəti fəaliyyət göstərir, eyni zamanda qiymət siyasəti münasibdir. Belə ki, əgər bir neçə ölkədə paytaxtla regionlar arasında internet xidmətlərinin qiyməti fərqlənirsə, bizdə qiymət eynidir», - deyə nazir müavini bildirib.

E.Vəlizadə onu da qeyd edib ki, «Xalq kompüteri» layihəsi çərçivəsində 18 mindən artıq kompüter güzəştli şərtlərlə əhaliyə satılıb və alıcıların yarıdan çoxu regionların payına düşür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR