Qvatemalada baş vermiş toqquşmalarda 6 nəfər həlak olub
06 oktyabr 2012 03:15 (UTC +04:00)
Bakı-APA. Qvatemalada elektrik enerjisinin bahalaşmasına etiraz edən nümayişçilər ilə təhlükəsizlik qüvvələri əməkdaşları arasında baş vermiş toqquşmada 6 nəfər həlak olub.
APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, 30 nəfərə qədər insan xəsarət alıb.
Bildirilir ki, bir neçə min etirazçı Qvatemalanın paytaxtından 170 km aralıda yerləşən Totonikapan departamentində avtomagistralı bağlamağa cəhd ediblər.
Yerli fəalların sözlərinə görə, polis və qvardiyaçılar etirazçılara atəş açıb. Lakin Qvatemala prezidenti Otto Peres Molina bildirib ki, insanların ölümünə hərbiçilərin heç bir rolu olmayıb. O deyib ki, etiraz aksiyası iştirakçılarına yük maşınına çıxmış naməlum şəxslər atəş açıb.
Elektrik enerjisi tariflərinin qalxması Qvatemala prezidentinin iqtisadiyyatın modernləşməsi proqramı çərçivəsində həyata keçirilib.

Amerika
Metyu Miller: “ABŞ prinsipial olaraq Ukraynanın müharibədə qalib gəlməsini istəyir”
06:27
21 may 2024
İlon Mask: "Kennedi ABŞ-nin seçki debatlarında iştirak etməlidir"
05:59
21 may 2024
Bayden: ABŞ Qəzzada baş verənləri soyqırımı hesab etmir
03:59
21 may 2024
KİV: Vaşinqton Tehranın Rəisinin ölümündə ABŞ-ı günahlandıracağından ehtiyat edir
03:45
21 may 2024