İranın xarici işlər naziri Livana səfər edib

İranın xarici işlər naziri Livana səfər edib
# 20 oktyabr 2012 15:03 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranın xarici işlər naziri Əli Əkbər Salehi Livana səfər edib. APA-nın İSNA-ya istinadən məlumatına görə, səfərdə məqsəd Livan rəsmiləri ilə görüşmək və ikitərəfli, regional və qlobal məsələlərlə bağlı müzakirələr aparmaqdır.

Qeyd edək ki, oktyabrın 19-da Livanın paytaxtı Beyrut şəhərində baş vermiş terror aktı nəticəsində 8 nəfər həlak olub, yüzdən artıq insan yaralanıb. Bununla bağlı İranın xarici işlər naziri Əli Əkbər Salehi ilə livanlı həmkarı Adnan Mənsur arasında telefon danışığı olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR