Kriminal aləmdə “Cibgir Elçin” kimi tanınan şəxs həbs olunub

Kriminal aləmdə “Cibgir Elçin” kimi tanınan şəxs həbs olunub
# 24 oktyabr 2012 07:44 (UTC +04:00)
Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən bildirilib.

Məlumata görə, Sumqayıt şəhər polis idarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində cibgirliklə məşğul olan Elçin Ramazan oğlu Kərimduxt həbs edilib. Onun üzərindən narkotik maddə götürülüb.

Polisdən həmçinin bildirilib ki, E. Kərimduxt 2005-ci ildə də narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək məhkum olunub. E. Kərimduxt “oğru” aləmində “cibgir Elçin” kimi tanınır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR