Azərbaycanın bəzi ərazilərində yağış yağacaq

Azərbaycanın bəzi ərazilərində yağış yağacaq
# 27 oktyabr 2012 10:40 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, oktyabrın 28-də Bakı və Abşeron yarımadasında mülayim şimal-şərq küləyi əsəcək. Oktyabrın 29-da həmçinin havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Oktyabrın 28-də Azərbaycanın bəzi rayonlarında yağış yağacağı gözlənilir. Yağışlar gündüz tədricən kəsiləcək. Temperatur aran rayonlarda gündüz 20-23, dağlıq rayonlarda isə 13-18 dərəcə isti təşkil edəcək.

Oktyabrın 29-da isə bölgələrdə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR