Avropa Birliyinin nümayəndələri Ukraynadakı parlament seçkiləri ilə bağlı bəyanat yayıblar

Avropa Birliyinin nümayəndələri Ukraynadakı parlament seçkiləri ilə bağlı bəyanat yayıblar
# 03 noyabr 2012 16:27 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi xanım Ketrin Eşton və qurumun genişləndirmə və Avropa Qonşuluq Siyasəti məsələləri üzrə komissarı Ştefan Füle Ukraynadakı parlament seçkiləri ilə bağlı birgə açıqlama veriblər.

APA-nın məlumatına görə, Avropa Birliyinin nümayəndələri Ukrayna hökumətinin seçkilərin nəticələrinə dair rəsmi məlumat verməməsindən narahatlıqlarını ifadə ediblər.

Avropalı diplomatların birgə bəyanatında həmçinin qeyd olunur ki, Ukrayna hökuməti seçkidən 5 gün keçməsinə baxmayaraq, nəticələrdən narazı qalan namizədlərin şikayətlərini təmin etməyib. Həmçinin, bununla bağlı ictimaiyyət məlumatlandırılmayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR