Bakıda 2012-ci ilin ən böyük təhsil sərgisi keçiriləcək

Bakıda 2012-ci ilin ən böyük təhsil sərgisi keçiriləcək
# 05 noyabr 2012 08:38 (UTC +04:00)
Bakı-APA. Dünyanın 4 qitəsindən 100 universitet Azərbaycanda 2012–ci ildə keçiriləcək ən böyük təhsil sərgisində bir araya gələcəklər. APA-nın xəbərinə görə, 10-11 noyabr tarixində Bakıda baş tutacaq bu sərgidə ABŞ, BƏƏ, İsveçrə, Çexiya, Almaniya, İngiltərə, Kanada, Türkiyə, Şimali Kipr, İspaniya, İtaliya, Fransa, Litva, Hollandiya, Avstraliya və Çindən ali təhsil ocaqları iştirak edəcəklər.

Universitet nümayəndələri sərgiyə gələnlərə qəbul şərtləri, güzəştlər və ölkənin təhsil sistemi haqqında ətraflı məlumatlar verəcəklər. Sərgi zamanı xaricdə təhsillə bağlı bir neçə seminarın keçirilməsi də nəzərdə tutulur. Bundan əlavə, bakalavr, magistratura, MBA proqramları və dil məktəbləri barədə də ətraflı məlumat əldə etmək mümkün olacaq. Sərginin təşkilatçısı “Akare Education Fairs”-dir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR