Lənkəran Dövlət Universitetində Türkiyə-Azərbaycan münasibətlərinə həsr edilmiş konfrans keçirilib - FOTO

Lənkəran Dövlət Universitetində Türkiyə-Azərbaycan münasibətlərinə həsr edilmiş konfrans keçirilib -<font color=red> FOTO</font>
# 25 sentyabr 2012 08:43 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. “Azərbaycanda Türkiyə həftəsi” çərçivəsində Lənkəran Dövlət Universitetində “Türkiyə-Azərbaycan münasibətləri regional hadisələr konteksində” mövzusunda beynəlxalq konfrans keçirilib. APA-nın Cənub bürosunun məlumatına görə, Lənkəran şəhər icra hakimiyyəti (ŞİH), Lənkəran Dövlət Universiteti və AMEA Lənkəran Regional Elm Mərkəzi ilə birgə keçirilən tədbiri giriş sözü ilə universitetin rektoru Asəf İsgəndərov açıb.

Konfransda Türkiyə-Azərbaycan dostluq münasibətləri, elm, təhsil, mədəniyyət, iqtisadi-siyasi əlaqələr barədə müzakirələr aparılıb. Bildirilib ki, Azərbaycanın müstəqilliyini ilk tanıyan Türkiyə Respublikası olub, Türkiyə-Azərbaycan münasibətləri qardaşlıq və dostluq üzərində qurulub.

Tədbirdə həmçinin Lənkəran Dövlət Universitetinin Türkiyənin ali məktəbləri ilə əlaqələrini ildən-ilə genişləndirməsindən söz açılıb. Qeyd olunub ki, Lənkəran Dövlət Universiteti Ankara Universiteti, Fateh Universiteti, Çukurova Universiteti, İzmir Universiteti və Azərbaycanın Qafqaz Universiteti ilə sıx elmi əməkdaşlıq edir. Universitet həmçinin Türk dilli Ölkələrin Universitetləri Assosiasiyasının üzvüdür.

Lənkəran Dövlət Universitetinin müəllimləri və tələbələri bir neçə dəfə Türkiyə ali məktəblərində təcrübə mübadiləsi keçiblər. Fəaliyyət göstərdiyi ildən indiyədək universiteti 100-dək Türkiyə vətəndaşı bitirib. Onların arasında bakalavr, magistrant və doktorantlar var. 2012-ci il sentyabr ayından Lənkəranda Türkiyənin fəxri konsulluğunun açılması universitet kollektivinin də ürəyindən olub. Türkiyənin Azərbaycandakı səfiri, elm və mədəniyyət xadimləri Lənkərana səfərləri zamanı rayonda elm və təhsil istiqamətində aparılan işlərlə də yaxından maraqlanıblar.

Konfransda Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Türkiyə üzrə koordinatoru Cavid Vəliyev, Türkiyə Respublikasının millət vəkili Tülay Salamoğlu, Azərbaycan Respublikası Milli Məclisinin üzvü Fazil Mustafa, Türkiyə Respublikası Uludağ Universitetinin müəllimi Fərhad Pırinççi, ekspert Ufuk Ulitas, Türkiyə Respublikası Beynəlxalq Araşdırmalar Mərkəzinin direktor müavini Kamer Kasım, Lənkəran Dövlət Universitetinin müəllimləri, filologiya elmləri namizədi, dosent Yədulla Ağazadə, tarix elmləri namizədi, dosent Rakif İbadov çıxış edərək, Türkiyə-Azərbaycan əlaqələrindən və dünya siyasətinin inkişafındakı xidmətlərindən danışıblar. Bütün çıxışlarda Türkiyə-Azərbaycan dostluğunun və qardaşlığının əbədi olduğu dönə-dönə vurğulanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR