Maya Pancikidze: “Tezliklə qonşu ölkələrə səfər edəcəyəm” - FOTO

Maya Pancikidze: “Tezliklə qonşu ölkələrə səfər edəcəyəm” - <font color=red>FOTO </font>
# 08 oktyabr 2012 14:54 (UTC +04:00)
Bu sözləri APA-nın Gürcüstan bürosuna eksklüziv aşıqlamasında Gürcüstanın yeni hökumətində xarici işlər naziri vəzifəsinə təqdim olunan Maya Pancikidze deyib. O, Gürcüstan və Azərbaycanın yaxın və dost ölkələr olduğunu vurğulayıb: “Biz ölkəmizdə yaşayan azərbaycanlıları da çox sevirik. Bunu dəfələrlə təsdiq etmişik. Görüşlərimiz çox olub. Biz Azərbaycanla dostluq əlaqələrimizi genişləndirəcək və dərinləşdirəcəyik”.

M. Pancikidze tezliklə bütün qonşu ölkələrə rəsmi səfər edəcəyini bildirib: “Əlbəttə, bu görüşlər yaxın və mehriban qonşumuz Azərbaycanla da baş tutacaq. Amma hələ rəsmi fəaliyyətə başlamamışıq. Biz rəsmi şəkildə fəaliyyətə başladıqdan sonra bu səfərlər və görüşlər həyata keçiriləcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR