Azərbaycanda bir neçə istehsal müəssisəsinin məhsullarının satışına qadağa qoyulub - FOTOSESSİYA

Azərbaycanda bir neçə istehsal müəssisəsinin məhsullarının satışına qadağa qoyulub - <font color=red>FOTOSESSİYA</font>
# 05 oktyabr 2012 12:08 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı və regionlarda aparılan yoxlama zamanı bir neçə istehsal müəssisəsinin məhsullarının satışına qadağa qoyulub.

Komitədən «APA-Economics»ə verilən məlumata görə, Xidmət tərəfindən aparılan yoxlama nəticəsində Bakı şəhərində fiziki şəxs Niyazi Fərzəliyevə məxsus sexdə «Qədimi dad» nişanlı qənd, Qax rayonunda «Sadiq» MMC-də qazlı su, Şabran şəhərində fiziki şəxs Hüseynağa Hüseynova məxsus sexdə çörək istehsalı və satışı qadağan edilib.

Bu müəssisələrə inzibati protokol tərtib edilərək cərimə edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR